Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
Rusiya hökuməti poçt əməkdaşlarının təhlükəsizliyini artırmaq məqsədilə onlara antidron silahları təqdim edəcək. Bu yeni tədbir xidməti və mülki silahlar siyahısına əlavə olunub.
Minval.info xəbər verir ki, yenilənmiş siyahıda pilotsuz uçuş aparatları, suüstü və sualtı vasitələr, eləcə də digər avtomatlaşdırılmış pilotsuz sistemlərlə mübarizə üçün xüsusi avadanlıqlar yer alır. Əvvəllər bu siyahıda 9 mm-lik tapançalar, rezin gülləli silahlar, elektroşok cihazları və gülləkeçirməz jiletlər kimi qoruyucu vasitələr mövcud idi.
Silah və avadanlıqların növü əməkdaşların yerinə yetirdiyi vəzifələrə uyğun olaraq müəyyənləşdiriləcək. Bu tədbirlər poçt şöbələrinin mühafizəsi, nağd pul daşınmasının müşayiəti və digər təhlükəsizlik tədbirlərini əhatə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
İsraildə kritik seçki sonrası siyasi düyün: son vəziyyət
Rusiya Afrikada səfirliklərin sayını 48-ə çatdırıb
Ceyhun Bayramov tdt-nin Xarici İşlər Nazirləri şurasında çıxış edib
Eisenkot İsraildə "sionist əsgərlik hökuməti" qurmaq niyyətindədir
Tramp Netanyahunu milli birlik hökumətinə məcbur edə bilər
Azərbaycan Məkkə Konvensiyasına qoşulub