27.09.2026 - 12:25
Salyanda ağır yol qəzası: beş nəfər yaralanıb
Hadisə 6 baxış

Salyanda ağır yol qəzası: beş nəfər yaralanıb

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Minval.info xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi yaxınlığında qeydə alınıb. Hadisə zamanı Bakının Binəqədi rayon sakini Sərxan Tağıyevin idarə etdiyi “Volvo” markalı yük maşını Neftçala sakini Əlvan Kərimovun sürdüyü VAZ-2107 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və VAZ-2107-nin üç sərnişini, Neftçala rayon sakinləri Şəhla Eyniyeva, E.F. və E.R. müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: