16.11.2026 - 16:44
Qara dənizdə gəmi batdı: 12 türk dənizçi itkin düşdü
Hadisə 343 baxış

Qara dənizdə gəmi batdı: 12 türk dənizçi itkin düşdü

Qara dənizdə Bolqarıstan sahillərinə yaxın ərazidə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi batıb. Publika.az-ın məlumatına görə, bu hadisə Bolqarıstan Nəqliyyat Nazirliyi tərəfindən açıqlanıb.

Gəmi Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyarkən təcili yardım siqnalı göndərib və qısa müddət sonra batıb. Göyərtədə olan 12 türk heyət üzvü itkin düşüb.

Bolqarıstan mediası gəmiyə partlayışın səbəb olduğunu iddia edir. Hadisə yerinə Bolqarıstandan iki, Rumıniya və Türkiyədən isə bir gəmi göndərilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır və itkin düşən dənizçilərin axtarışı davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: