Tibbi komaya salınan irlandiyalı boksçu Li Rivz vəfat etdi
İrlandiyalı yarımorta çəkili boksçu Li Rivz, 31 yaşında həyatını itirib. Publika.az-ın məlumatına görə, bu barədə “Limerick Leader” xəbər yayıb.
Avqustun 1-də keçirilən döyüşdə Rivz, həmyerlisi Qari Kalliyə qarşı mübarizə apararkən ağır beyin zədəsi almış və onuncu raundda nokautla məğlub olmuşdu.
Döyüşdən sonra xəstəxanaya yerləşdirilən boksçuya əməliyyat edilmiş və tibbi komaya salınmışdı. Sonradan vəziyyəti nisbətən yaxşılaşsa da, sağalma prosesində yaranan infeksiya onun ölümünə səbəb olub.
ƏLAQƏLİ
İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Li Rivz, peşəkar boks karyerasına 2018-ci ilin noyabrında başlamışdı. Bu müddət ərzində keçirdiyi 18 döyüşdən 16-sında qələbə qazanmışdı. Peşəkar olmamışdan əvvəl o, beş dəfə İrlandiya çempionu olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas edildi
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlandı
Qara dənizdə gəmi batdı: 12 türk dənizçi itkin düşdü
“Tərtər işi” ilə bağlı daha 3 nəfərə təzminat ödənəcək
Qazi İsmayıl Hüseynzadənin faciəli ölümü baş verib
İsraildə iki yaşlı uşaq aeroportda itkin düşdü: görün harada tapıldı