“Tərtər işi” ilə bağlı daha 3 nəfərə təzminat ödənəcək
Publika.az-ın məlumatına görə, “Tərtər işi”ndə zərərçəkmiş kimi tanınan daha üç nəfər məhkəməyə müraciət edərək maddi və mənəvi təzminat tələb ediblər. Məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsində keçirilib.
Zərərçəkmiş şəxslər, həmin hadisələr zamanı uzun müddət qapalı şəraitdə saxlanıldıqlarını və müxtəlif əzab-iztirablara məruz qaldıqlarını iddia ediblər. 2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra, onlar 100-200 min manatlıq kompensasiya tələb ediblər.
Məhkəmə işlərində cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Nazirlik isə öz növbəsində, bu dövlət qurumunun hərəkətləri nəticəsində zərər vurulmadığını bildirərək iddialara etiraz edib.
Nəsimi Rayon Məhkəməsi yekunda iddiaları qismən təmin edib. Zərərçəkmişlərdən birinə 7500 AZN, digər ikisinə isə müvafiq olaraq 8000 və 8500 manat kompensasiya ödənilməsinə dair qərar çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlandı
Qara dənizdə gəmi batdı: 12 türk dənizçi itkin düşdü
Qazi İsmayıl Hüseynzadənin faciəli ölümü baş verib
İsraildə iki yaşlı uşaq aeroportda itkin düşdü: görün harada tapıldı
Bakıda güclü külək hasarı aşırdı, bir nəfər həyatını itirdi
Azərbaycanda mina partlayışı: bir nəfər həlak oldu, biri yaralandı
Yataqxanada meyiti tapılan Elviranın müəmmalı ölümü ilə bağlı açıqlama