İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Baku.ws-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, DSX-nın Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 49 kiloqram 950 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində iki hal olmaqla 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılmışdır.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tibbi komaya salınan irlandiyalı boksçu Li Rivz vəfat etdi
Təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas edildi
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlandı
Qara dənizdə gəmi batdı: 12 türk dənizçi itkin düşdü
“Tərtər işi” ilə bağlı daha 3 nəfərə təzminat ödənəcək
Qazi İsmayıl Hüseynzadənin faciəli ölümü baş verib
İsraildə iki yaşlı uşaq aeroportda itkin düşdü: görün harada tapıldı