16.11.2026 - 17:44
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlandı
Hadisə 373 baxış

Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlandı

Mündəricat

Publika.az-ın məlumatına görə, “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama aparılıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) rəsmi məlumat yayıb.

Məlumata əsasən, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar, eləcə də istifadə olunmuş fritür yağları aşkarlanıb. Bununla yanaşı, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi yanlış olaraq İsmayıllı rayonu, İvanovka kəndi göstərilib.

Yoxlamalar nəticəsində yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi və mənşəyi barədə məlumatları olmayan müxtəlif turşu məhsulları da aşkar edilib. Həmçinin, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının qanunsuz qablaşdırıldığı müəyyən olunub.

Aşkar edilən nöqsanlarla əlaqədar olaraq sahibkar barəsində protokol tərtib edilib və məhsullardan laborator nümunələr götürülərək onların dövriyyəsi qadağan olunub. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi və nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

XƏBƏRİN VİDEOSU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: