Təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri son 15 gün ərzində təhlükəli və ya köməksiz vəziyyətdə qalan 32 uşağı xilas edərək ailələrinə və ya yaxınlarına təhvil verib.
Publika.az-ın xəbərinə görə, nazirlik uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, kütləvi maarifləndirmə işlərinə baxmayaraq, azyaşlıların nəzarətsiz qalması onların həyatını riskə atır və “112” qaynar xəttinə bu barədə mütəmadi məlumatlar daxil olur.
Aparılan təhlillər göstərir ki, bu hallar əsasən valideynlərin uşaqları nəzarətsiz buraxması və ya mənzildə tək qoyması nəticəsində baş verir. Nazirlik mənzillərdəki elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, kimyəvi maddələrin və kəsici alətlərin ciddi risk yaratdığını qeyd edib.
Həmçinin uşaqların liftdə, həyətdə, küçədə və avtomobildə nəzarətsiz qalmasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyi vurğulanıb. Valideynlər uşaqlara qarşı diqqətli olmağa, onları nəzarətsiz qoymamağa çağırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tibbi komaya salınan irlandiyalı boksçu Li Rivz vəfat etdi
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlandı
Qara dənizdə gəmi batdı: 12 türk dənizçi itkin düşdü
“Tərtər işi” ilə bağlı daha 3 nəfərə təzminat ödənəcək
Qazi İsmayıl Hüseynzadənin faciəli ölümü baş verib
İsraildə iki yaşlı uşaq aeroportda itkin düşdü: görün harada tapıldı