Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Bakı-Şamaxı yolunda şagirdlərin olduğu avtobusun qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.
“Minval.info”nun Trend-ə istinadla məlumatına görə, hazırda cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Xatırladaq ki, iyunun 13-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya qəbul edilib.
Xəsarət alanlardan 2 nəfər Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı