Şadlıq sarayını təmizləyən 5 nəfər zəhərləndi
Şəmkirdə kütləvi zəhərlənmə olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayondakı şadlıq saraylarından birində baş verib. Dördü azyaşlı olmaqla beş nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regionaql qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə 2012-ci il təvəllüdlü Arzu Məmmədov, 2013-cü il təvəllüdlü Aydın Musayev, 2011-ci il təvəllüdlü Ayxan Məmmədov, 1983-cü il təvəllüdlü Tehran Məmmədov və onun övladı, 2014-cü il təvəllüdlü Tuncay Məmmədov müxtəlif zəhərlənmə göstəriciləri ilə rayon xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları həmin ünvana gəlib. Araşdırmalar zamanı məlum olub ki, sonuncular rayonun Dəlilər qəsəbəsindəki şadlıq sarayında olan zaman zəhərləniblər. Həmin ünvana baxış keçirilib. Onların şadlıq sarayının sanitar qovşağının yuyulması zamanı istifadə olunan neft məhlulundan zəhərləndiyi məlum olub. Hazırda zəruri araşdırmalar davam etdirilir”.
Zəhərlənənlərin hamısı Şəmkirin Sabirkənd sakinləridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə zəncirvari yol qəzası olub
İstirahət günləri yollarda 5 nəfər öldü
Dünya çempionunu DYP-də “soydular” - Oğrunu tutdular, amma tapmadılar…
Azərbaycanda fəhlə körpünün inşası zamanı öldü
Novxanıda istirahət mərkəzində kütləvi dava
Azərbaycanda dəhşətli qəza: 3 ölü və 3 yaralı - Adlar
Naxçıvanla sərhədə hərəkət edən erməni hərbçilər qəzaya düşdü - 18 yaralı