Sabiq baş bankir və "nikahdankənar oğul" dastanı - Rüstəmovdan səs çıxmır
Xəbər verildiyi kimi, internet resurslarında Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu iddia edən bir yeniyetmənin videoçıxışı yayılıb.
Sosial şəbəkələrin Azərbaycan seqmentində sürətlə tirajlanan həmin videoda görünən yeniyetmə bildirir ki, onun anası sabiq baş bankirin nikahdankənar arvadı olub, ancaq o, sonradan başqa kişiyə ərə gedib. Yeniyetmə oğlan atalığı ilə xoşbəxt olduğunu, amma Rüstəmovun onlardan əl çəkmədiyini bildirib. O, gerçəkdən də sabiq bankirə məxsus olduğu bilinən telefon nömrəsindən onun ailəsinə təzyiq dolu mesajlar gəldiyini bildirib.
Bundan başqa, videokamera qarşısında duraraq, öncədən yazılmış mətni oxuyan yeniyetmə oğlan dövlət rəhbərliyinə müraciət edərək kömək istəyib. Onun və anasının istəyi odur ki, E.Rüstəmov onlardan əl çəksin, asudə yaşamalarına mane olmasın.
Yayılan videonun məzmunundan görünür ki, yeniyetmənin çıxışında şantaj səciyyəsi yoxdur, çünki onun tələbi heç də E.Rüstəmovdan nəsə qoparmaq və ya sabiq bankirin onu oğul kimi qəbul etməsinə nail olmaq deyil. Əksinə, yeniyetmə və anası Rüstəmovdan uzaq olmaq istəyir.
Düzdür, videoda “anama verdiklərini geri almaq istəmək” kimi bir ifadə var, ancaq bu da başadüşüləndir. Güman ki, E.Rüstəmov nikahdankənar arvadının yaşayışı və oğlunun təhsili üçün böyük pullar xərcləyib, onlara daşınmaz əmlak və lüks avtomobil bağışlayıb.
Hər halda, ölkəmizin son 30 illik tarixində belə hadisə olmayıb ki, Mərkəzi Bank sədrinin və ya hansısa uyğun ranqda olan vəzifə yiyəsinin nikahdankənar əlaqələri və övladları barədə hansısa bir ictimailəşmiş qalmaqal yaransın.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli Mirəliyev Hüseyn Əzizoğlu haqqında: "Mənə deyirdi ki..."
“Sən də, ərin də dovşansız” deyən polis işdən çıxarıldı - VİDEO
“KİVDF cinayəti”nə görə nə qədər cəza nəzərdə tutulub?
Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF
BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı
“Ruslar iddia edir ki, türk hərbçilər Qarabağda olsa, problem yaranar”