Rusiyanın “Qiyamət torpedosu” döyüş növbəsində? – Rəsmi açıqlama
Rusiya Hərbi Dəniz Donanmasının tərkibində nüvə mühərrikli “Poseydon” sualtı pilotsuz aparatının daşıyıcısı artıq xidmətə qəbul edilib.
Minval.info xəbər verir ki, bunu Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı Aleksandr Moiseyev “Voyennaya priyomka” proqramında deyib.
“Artıq belə bir daşıyıcımız var. Hamımız yaxşı bilirik ki, bu proqram məhz belə strateji silahın yaradılması ilə bağlıdır. Əlbəttə ki, Hərbi Dəniz Donanmasının tərkibində belə bir daşıyıcı mövcuddur”, – deyə admiral bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin may ayında “Poseydon” sualtı dronu və “Burevestnik” raketi üzərində işlərin yekun mərhələyə çatdığını açıqlamışdı.
Xatırladaq ki, “Qiyamət torpedosu” kimi tanınan “Poseydon” nüvə enerji qurğusu ilə işləyən pilotsuz sualtı aparatdır. “Rubin” Mərkəzi Konstruktor Bürosu tərəfindən hazırlanan bu silah strateji çəkindirmə vasitəsi kimi təqdim olunur. Onun əsas təyinatının yüksək dağıdıcı gücə malik nüvə döyüş başlığını düşmənin sahil zonalarına çatdırmaq olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır
ABŞ hərbi bazaları müharibəyə hazırlıq planı ilə gücləndirilir
ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir
Baltikyanı bölgədə hərbi hazırlıq: Litvanın Aİ-dən milyardlıq istəyi
İran: ABŞ-ın 'bombaların anası'na cavabımız 'bombaların atası'dır
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”