Rusiyada fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında - şok təfsilat

İki il əvvəl Moskva vilayətinin Mıtışi şəhərində 22 yaşlı Fransa vətəndaşını qətlə yetirən azərbaycanlıların məhkəməsi başlayır.
Musavat.com-un yerli KİV-lərə istinadən hazırladığı məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə sədrinin köməkçisi Olqa Vradi bildirib.
Xanım Vradinin dediyinə görə, hadisə 2016-cı ilin dekabrında baş verib. Azərbaycan vətəndaşları Moskva şəhərindəki barların birində Fransa və Britaniya vətəndaşlarıyla tanış olublar. Birlikdə pivə içən zaman azərbaycanlılardan biri onların tualetə getməyindən istifadə edərək pivə bokallarının içinə klozarin töküb.
Hər ikisi yatandan sonra azərbaycanlılar onları Mıtışi yaxınlığındakı meşəyə aparıblar. Onların 1,3 milyon rubl pulunu əllərindən alaraq meşəyə atıb gediblər. 30 dərəcə şaxtada qalan Fransa vətəndaşı vəfat edib. Britaniya vətəndaşı isə möcüzə nəticəsində sağ qalıb.(Musavat.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Oba" Bərdədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama verdi - RƏSMİ
Azərbaycanda dəhşətli qəza - 3 ölü, 12 yaralı - VIDEO
Azərbaycanda polis rəisinin müavini vəfat edib
Avtomobilin baqajında Bakıya gəlmək istəyən şəxs saxlanıldı
Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat edib
Bakıda ərinin əməlinə dözməyən qadın iynələr uddu
Sumqayıtda 17 yaşlı gənc özünü eyvandan atdı - İmtahana görə...