“Rusiya sülhməramlıları artıq BÜTÜN ƏNDAZƏLƏRİ aşıb” - ŞƏRH
“Rusiya sülhməramlıları artıq bütün əndazələri aşıb. Demək olar ki, bütün normalar sülhməramlılar tərəfindən kobudcasına pozulur. Baş verən hadisələr onu deməyə əsas verir ki, Rusiya bu gün Azərbaycan və Ermənistan arasında sülhü Xankəndi məsələsindən kənar görür. Əllərindən gələni edirlər ki, separatçılar rahat yaşasınlar”.
Bu fikirləri News24.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib.
Ekspert bildirib ki, Xankəndi və ətrafındakı qanunsuz erməni silahlı birləşmələri hələ də oralardan çıxarılmayıb: “Əlbəttə ki, separatçıların Xankəndi və ətrafında qalmağı prosesin bundan sonra da sabotaj edilmə ehtimallarının yüksək olduğunu söyləməyə əsas verir. Erməni separatçılar rus sülhməramlılarının gözü qarşısında Azərbaycan təbii sərvətlərini talan edir. Xakəndi, Ağdərə və Xocalıda təbii sərvətlərimiz vicdansızca dağıdılır. Azərbaycan öz ərazilərində monitorinqlər aparsa, orada olan bütün cinayət faktları gün kimi ortaya çıxacaq. Ona görə də sülhməramlılar prosesi dayandırmaq üçün separatçılarla əlbir olub maneə törətməyə çalışır. Monitorinq başlayana, Xankəndidə yaşayacaq azərbaycanlıların taleyi həll olunmayana qədər azərbaycanlıların Laçın yolundakı aksiyaları dayanmamalıdır. Bundan sonra hər bir ədalətsizlikyə qarşı rus sülhməramlılarına sivil etirazlarımızı davam etdirməliyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb