Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb - VİDEO
İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Kriştianu Ronaldunun nəhəng posteri “Old Trafford” stadionundan götürülüb.
“Report” xəbər verir ki, plakat arenanın şərq stendində, “qırmızı şeytanlar”ən əfsanəvi baş məşqçiisi Mett Basbinin heykəlinin arxasında yerləşirdi.
Portuqaliyalı hücumçu daha əvvəl qalmaqallı müsahibəsində klub rəhbərliyini tənqid etmiş, həmçinin baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.
Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 37 yaşlı forvard 2003 – 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya “Yuventus”undan “Mançester Yunayted”ə keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır