Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Fransanın Paris Saint-Germain (PSJ) klubu baş məşqçisi Luis Enrike ilə müqaviləsini yeniləyib. 56 yaşlı ispaniyalı mütəxəssisin yeni müqaviləsi 2030-cu ilədək uzadılıb. Luis Enrike 2023-cü ilin yayından etibarən Paris təmsilçisinə rəhbərlik edir.
Minval.info xəbər verir ki, onun rəhbərliyi altında PSJ iki dəfə ardıcıl olaraq UEFA Çempionlar Liqasının qalibi olub və üç dəfə Fransa çempionluğunu qazanıb. Əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatmalı olan Enrike ilə yeni anlaşma “Monako” ilə keçiriləcək ev oyunundan əvvəl elan edilib.
PSJ rəhbərliyi həmçinin bir sıra futbolçularla da müqavilələri yeniləyib. Joao Neves, Vilyan Paço, Lukas Beraldo və Sənni Mayulu 2031-ci ilə qədər klubda qalacaqlar. Fabian Ruisin isə müqaviləsinin müddəti 2028-ci ilədək uzadılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi