05.09.2026 - 09:42
İdman 4 baxış

Sabah və Zirə liderlik üçün üz-üzə!

Bu gün Misli Premyer Liqasında IV turun daha iki qarşılaşması baş tutacaq. İlk oyunda son ölkə çempionu ‘Sabah’ hazırkı lider ‘Zirə’ ilə üz-üzə gələcək. Bu maraqlı duel ‘Bank Respublika Arena’da saat 18:30-da başlayacaq.

Minval.info xəbər verir ki, günün ikinci oyununda ‘Neftçi’ debütant ‘Şəfa’ ilə qarşılaşacaq. Hər iki komanda ötən tur minimal hesabla məğlubiyyət yaşayıb. Bu oyun ‘Palms Sports Arena’da saat 20:30-da start götürəcək.

Hazırda turnir cədvəlinə 9 xalla ‘Zirə’ başçılıq edir. ‘Neftçi’ 6 xalla ikinci, eyni xala malik ‘Sabah’ isə dördüncü yerdədir. ‘Şəfa’ isə 3 xalla doqquzuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki günündə ‘Qəbələ’ ‘İmişli’ni 2:1, ‘Şamaxı’ isə ‘Kəpəz’i 4:1 hesabı ilə məğlub edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: