Messi və Ronaldu eyni komandada oynayacaq!
Futbol dünyasının iki əfsanəvi ulduzu Lionel Messi və Kriştianu Ronaldu eyni komandada bir araya gələcək. Argentina millisinin keçmiş futbolçusu Karlos Tevez, dekabr ayında Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək vida matçında hər iki futbolçunun onunla birlikdə meydana çıxacağını açıqlayıb.
Minval.info xəbər verir ki, Tevez, Messi və Ronaldu ilə danışdığını və onların bu təklifi qəbul etdiklərini bildirib. “Vida matçımda onlar eyni komandada oynayacaqlar”, – deyə argentinalı futbolçu qeyd edib.
Xatırladaq ki, Karlos Tevez, Ronaldu ilə İngiltərənin “Mançester Yunayted” klubunda komanda yoldaşı olub, Messi ilə isə Argentina millisində birlikdə çıxış edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar
Bakıda FIFA U-15 dünya çempionatının qalibi müəyyənləşəcək
Dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub
Arsenal Liqa Kubokunda zəif Fleetwood Town-a məğlub oldu
İsmail Kartal yenə istefa verdi