"Ronaldu ilə bağlı bir daha danışmayacağam" - Portuqaliya millisinin baş məşqçisi
Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İsveçrəyə böyük hesabla (6:1) qalib gələrək 1/4 finala yüksələn Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş Kriştianu Ronaldu ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 67 yaşlı çalışdırıcı oyunsonrası mətbuat konfransında ulduz futbolçunu ehtiyatda saxlayıb sonradan meydana buraxması ilə bağlı suala belə aydınlıq gətirib:
“Neçənci dəfədir Ronalduyla bağlı sual verirsiniz, mən də izah edirəm. Bir daha aydınlıq gətirirəm, bunu bir daha etməyəcəyəm. Mənimlə kapitanımız arasında heç bir problem yoxdur. Biz illərdir dostuq. Mən onu 19 yaşında “Sportinq”də çalışdırmışam. Bəzi şeylər bizə təsir etmir, həmişə yaxın münasibətimiz olub. O, kapitan kimi əla nümunədir. Mənə görə, Kriştianu hələ də Portuqaliya millisi üçün çox vacib oyunçudur”.
Portuqaliya 1/4-də Mərakeşlə qarşılaşacaq. Qarşılaşma dekabrın 10-da baş tutacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır