Rezidenturaya sənəd qəbulu fevralın 21-dək davam edəcək

Bu gün saat 16.30-a olan məlumata əsasən 703 namizəd (Azərbaycan bölməsi – 619; rus bölməsi – 84) elektron ərizəsini təsdiq edib.
Dövlət İmtahan Mərkəzindən Minval.İnfo-ya verilən məlumata görə, 74 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib.
Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 21 fevral saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizəsini təsdiq etməyənlər imtahana buraxılmır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!