Ərdoğan: “Türkiyə və Rusiyanın atacağı addımlar müəyyən dairələri narahat edəcək”
“Akkuyu” AES-in ilk turbininin gələn ilin birinci yarısında açılışı dünyaya fərqli səs salacaq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.
O qeyd edib ki, Sinopla bağlı (Nüvə elektrik stansiyası) bir addım atılsa, bunun daha təsirli effekti olacaq.
“Biz İstanbul razılaşmasını gücləndirərək davam etdirmək, Rusiya taxılını və gübrəsini Türkiyə vasitəsilə az inkişaf etmiş ölkələrə daşımaq əzmindəyik. Türkiyə və Rusiyanın bu prosesdə atacağı addımlar müəyyən dairələri narahat edəcək, eyni zamanda az inkişaf etmiş ölkələri də sevindirəcək”, – deyə Ərdoğan bildirib.
Putin isə öz növbəsində qeyd edib: “Türkiyə sübut etdi ki, o, Avropa İttifaqını qazla təmin etmək üçün ən etibarlı tərəfdaş ola bilər”.
Mənbə: Anadolu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Arif Quliyev vəfat edib
Bakıda dəhşətli qəza: 7 maşın toqquşdu, ikisi aşdı - VİDEO
Gəncədə qız şagirdləri arasında BIÇAQLANMA
Dmitri Peskov Netanyahunun yalanını açıqladı: "Ötən ay görüşdə..."
Bakıda sevgililər özlərini dənizə atdı - Qız öldü
Gürcüstan seçkiləri: “Tərəflər bir-birini Kremlə işləməkdə ittiham edirlər”