Ərdoğan taksi sürücülərinin səsini almaq üçün "Uber"i qadağan etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bəyan edib ki, “Uber” özəl daşıma sistemi daha ölkədə fəaliyyət göstərməyəcək.
Minval.info xəbər verir ki, Türkiyə lideri bu bəyanatla İstanbulda iftar zamanı çıxış edib. Ərdoğan taksi şirkətlərinə görə bu addımı atdığını bəyan edib:
“Bizim öz şəxsi taksi sistemimiz var, biz özəl taksi sisteminin Türkiyə taksiçilərinin biznesini korlamasına imkan verə bilmərik. “Uber”in biznesi başa çatdı, biz “Uber”lə bağlı özümüz qərar qəbul edəcəyik”.
Qeyd edək ki, “Uber” Türkiyədə bir neçə il əvvəl fəaliyyətə başlayıb. Son günlərdə “Uber” sürücüləri tez-tez hücuma məruz qalıblar. Buna səbəb isə “Uber”in taksi şirkətlərindən qat-qat ucuza xidmət göstərməsidir. Türkiyəyə gələn turistlər “Uber”dən çox itifadə edirlər. Bu da ikiqat qiymət deyib, turistləri aldadan sürücülərə sərf etmir.
Məlum məsələyə görə, Türkiyədə minlərlə taksi sürücüsü narazı idi. Ərdoğanən bu qərarı onların seçkilərdə kimə səs verəcəyini təyin etmiş oldu.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!