Ərdoğan: "Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır"
“Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib.
Ukrayna böhranının regional və qlobal təsirlərindən danışan Türkiyə Prezidenti bildirib ki, artıq bu təsirləri hər kəs hiss edir: “Ədalətli sülh diplomatiya ilə əldə oluna bilər. Ukraynada sülhün əldə olunması istiqamətində səylərimizi hər kəs qiymətləndirir. Taxıl sazişi, əsir mübadiləsi səylərimizin nəticəsidir”.
Ərdoğan çıxışında beynəlxalq təhlükəsizlik sisteminə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Türkiyə dost ölkələrin fikirlərinə önəm verir. Türkiyə lideri həmçinin Əfqanıstanda da sabitliyin təmin olunmasının vacibliyini qeyd edib və bu ölkəyə dəstəyin davam etdirməlisinin zəruriliyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə-İsrail gərginliyi: Suriyada toqquşma riski artır
Kadırovdan saqqal və çadra çağırışı: Dəyişim!
Sinqapur baş nazirinin maaşı 60% artdı
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır