Ramiz Mehdiyevdən Naxçıvanda baş verənlərə reaksiya — VİDEO
TV Müsavatın efirində, aparıcı Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı debat” verilişinə Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının eks rəhbəri Ramiz Mehdiyev canlı telefon bağlantısı ilə qatılıb.
Son vaxtlar Naxçıvan olayları və Vasif Talıbov ətrafında baş verənlərlə bağlı suala cavabında R.Mehdiyev bu hadisələrlə bağlı danışmaq istəmədiyini bildirib:
“Mən bu hadisələrdən uzağam. Xahiş edirəm, mənə bu sualları verməyin”.
Xatırladaq ki, son zamanlar V.Talıbovun “vurulması” ilə R.Mehdiyevin siyasi səhnədən uzaqlaşdırılması arasında bənzərlik olduğunu deyənlər çoxluq təşkil edir. Naxçıvan “xan”ının da R.Mehdiyevin dəstəsinə aid olduğu, hakimiyyətin onların son elementlərindən qurtulmaq istədiyi də yayılan versiyalar sırasındadır.
R.Mehdiyevin cavabı aşağıdakı videomaterialda yer alıb.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı