Rəşad Dağlının adından dələduzluq
Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının (Əmirov) ailəsinə yardım məqsədilə pul yığılmasına başlanılıb.
Axşam.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşımlar edilib. Hətta ifaçının oğlunun adından TikTok-da profil açılaraq, yardım istənilib.
Meyxanaçının vəkili məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Rəşad Dağlının ailəsi belə bir addım atmayıb və onların yardıma ehtiyacı yoxdur.
Meyxanaçının sənət dostları da bununla bağlı paylaşım edərək, TikTok-dakı profilin saxta olduğunu, Rəşadın ailəsinin belə bir addım atmadığını yazıblar.
Onu da qeyd edək ki, meyxanaçı Aqşin Fateh ötən gün video paylaşaraq Gürcüstanda yaşayan azərbaycanlıların Rəşad Dağlı üçün 10 min dollar göndərdiyini deyib.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı: "Müavinlər həbs olunmayıb"
Motosiklet sürücüsünü döyən məmur saxlanıldı
Maşının qabağını kəsib söyüş söyən sürücü 10 sutka həbs edildi - Yenilənib
Blinken: "ABŞ Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyir"
Bakıda gənc sevgililər ev sahibinin paltarlarını götürüb qaçdı
İki maşın toqquşub, xəsarət alanlar var