Qurban Yetirmişli: “Zaqatalada zəlzələ olan bölgədə vəziyyətin sabitləşdiyini demək olmaz”
“İyun ayının 5-i Zaqatala rayonunda qeydə alınan 6 ballıq zəlzələdən sonra indiyədək ölkə ərazisində 100 afterşok baş verib”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
O bildirib ki, zəlzələ olan bölgədə hələ vəziyyətin sabitləşdiyini demək olmaz: “Mütəxəssislər ərazidə tədqiqat aparırlar. Tədqiqatların nəticələri analiz olunandan sonra dəqiq fikir söyləmək olar. Təbii ki, ərazidə gərginlik var, yenidən afterşokların olması da mümkündür”.
Qeyd edək ki, iyun ayının 5-də yerli vaxtla saat 22:40:27-də Zaqatala stansiyasından 16 km cənubda Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin davam etmə müddəti 28 saniyə olub.
Zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub. Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn S.Qandaxov insult keçirərək vəfat edib. S.Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub. Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax MRX-a yerləşdirilən Gülər Durmuşzadəyə lazımi tibbi yardım göstərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN: Azyaşlı Zəhra Bağırova oğurlanaraq dilənçiliyə cəlb edilib
Prezident daha bir qurumu ləğv etdi - Yenisi yaradılır
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ
General Rövşən Əkbərovdan açıqlama
Qənirə Paşayeva yayılan videodan danışdı: “Bu nə dəhşətdir, ilahi”
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI
Qarabağın erməni icmasına müraciət edildi - Hərbi obyektlərdən uzaq durun!