Qüdrət Həsənquliyev: “Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir”
Milli Məclisin növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Deputat Qüdrət Həsənquliyev mətbuatda ikiüzlü Qərb siyasətçisi Makronun mövqeyindən bəhs edib.
Q.Həsənquliyev deyib ki, 1 milyon azərbaycanlı 34 ilə yaxındır ağır durumda yaşayır. Ancaq ötən illərdə Fransa bir dəfə Ermənistanın işğalçı siyasətinə etiraz bildirməyib.
Deputat vaxtilə Yeltsin Rusiyasının açıq şəkildə Ermənistanın yanında yer aldığını, Xocalı soyqırımında rus alayının iştirak etdiyini, ancaq Fransadan bir dəfə etiraz gəlmədiyini xatırladıb: “İndi Putin Rusiyası neytrallığını qismən də olsa, qorumağa çalışır. Amma Rusiya ermənilərin tərəfində vuruşsaydı, Makron ona təşəkkür edərdi”.
Deputat bildirdi ki, həm 44 günlük savaşda, həm də ondan sonrakı dövrdə sərgilədiyi vicdansız münasibətinə görə Fransaya sərt etiraz bilirilməlidir.
Q.Həsənquliyev Fransa parlamentinin 15 oktyabrda anti-Azərbaycan qətnamə qəbul etməyə hazırlaşdığını vurğulayıb: “Belə bir qərar qəbul olunsa, Azərbaycan Fransa ilə diplomatik əlaqələrə yenidən baxmalıdır. Bütün diplomatik əlaqələr kəsilməli, səfir dərhal geri çağırılmalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gələn il bu universitetlərdə tələbə qəbulu azala bilər - Nazir açıqladı
“Kim dövləti aldatmaq istəsə, qara paltarlı oğlan yanında dayanacaq”
Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Düşmən Şuşa istiqamətində atəş açdı