Qolu kim vurub? - Ronaldo danışdı
Ötən gün dünya çempionatının qrup mərhələsində keçirilən Portuqaliya – Uruqvay oyununda vurulan ilk qol müzakirələrə səbəb oldu.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə qol Ronaldonun adına yazılsa da, sonradan FİFA qolun müəllifini dəyişdi.
Bruno Fernandeş fərqlənən futbolçu kimi qeyd olundu. Lakin bu gün də xarici mətbuat qolun Ronaldo və ya Bruno tərəfindən vurulduğunu müzakirə edir və ortaya faktlar, fotolar qoyulur.
Məsələ ilə bağlı Kriştianu Ronaldo açıqlama verib. O matçdan sonra soyunub-geyinmə otağından məşhur jurnalist Pier Morqana mesaj göndərib: “Fikrimcə, qolu mən vurmuşdum. Topa toxunduğumu hiss etdim”.
Morqan portuqaliya superulduzun fikirlərini Tvitter hesabında paylaşıb.
Bruno Fernandeş də qolla bağlı danışıb. O bildirib ki, Kriştianu Ronaldo onun etdiyi ötürmə zamanı topa toxunub: “Təklif edirəm ki, qol Ronaldonun adına yazılsın. Çünki həmin vaxt o, topa toxundu”.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Luiş Fiqu: "Bakıda möhtəşəm final olacaq, qaçırmayın" - Video
Mesut Özil nişanlandı - FOTO
Rafael Ağayev Neymarla eyni siyahıda yer aldı
Ronaldo "Yuventus"da hansı mövqedə oynayacaq? - Baş məşqçi açıqladı
"Qarabağ" bu gün "Düdelanj"ı qəbul edəcək - AFİŞA
APOEL-də gərginlik - Baş məşqçi istefa verdi
Çempionlar Liqasının qalibi kim olacaq? - Ekspertlərin proqnozları