Qida tələbatı 50 faiz artır: Azərbaycan nə edəcək?
2030-cu ilədək dünyada qida məhsullarına olan tələbatın 50 faiz artacağı proqnozlaşdırılır. Bu artım qida təchizatı zəncirinin daha da mürəkkəbləşməsinə səbəb olacaq.
Minval.info xəbər verir ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda bu məsələyə xüsusi diqqət yetirilmişdir. Sənəddə qida təchizatı zəncirinin heterogen və kompleks xarakter daşımasının qida təhlükəsizliyi baxımından yeni çağırışlar yaratdığı vurğulanır.
BMT-nin məlumatlarına əsasən, aqroqida məhsullarının dünya üzrə ticarət şəbəkəsinin əsasını ABŞ, Niderland, Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələr təşkil edir və bu ölkələr aqroqida sektorunun dünya bazarının 77 faizinə nəzarət edir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirir ki, Azərbaycan hökuməti hələ də ölkədə ərzaq normasını müəyyən etməyib. O qeyd edir ki, ölkədə ərzaq normasının müəyyən edilməməsi və istehsalın təşkil edilə bilməməsi ciddi problemlərə səbəb olur. Məhərrəmov əlavə edir ki, ölkədə ət istehsalının azalması və əhalinin az qidalanması məsələləri də diqqətə alınmalıdır.
Ekspertin fikrincə, 2030-cu ilə qədər Azərbaycanda istehsalda artımın baş verəcəyi gözlənilmir və bu sahədə ciddi kadr islahatlarına ehtiyac var. Həmçinin, reallığı nəzərə alaraq, yeni dövlət proqramının qəbul edilməsi zəruridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 27 istiqamətdə nəqliyyat sıxlığı yaşanır
Bakıdakı 9 mərtəbəli yataqxana təmirə hazırlanır
Xətai rayonunda üç küçə bağlanır!
Azərbaycan sahibkarları Çində xidmət ixracını genişləndirir
Məktəbli formalarının qiymətləri: Valideynlər nə qədər ödəyəcək?
Sabunçuda lift kartları bloklandı: Səbəb borclardır!
Azərbaycanda unun topdansatış qiyməti artdı