Bakıda yağış, rayonlarda isə qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur. Publika.az-ın məlumatına görə, yarımadanın müəyyən hissələrində yağışın qısamüddətli intensivləşməsi gözlənilir. Səhər saatlarında yağıntıların kəsilməsi və günün qalan hissəsində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Güclü şimal-qərb küləyi axşam saatlarına doğru mülayimləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda havanın temperaturu gecə saatlarında 7-9° isti, gündüz isə 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütununa bərabərdir, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə ediləcək, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşməsi və şimşək çaxması ehtimalı var. Axşam saatlarında yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq və mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5-9° isti, gündüz isə 14-17° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3-7° şaxta, gündüz 0-3° şaxta müşahidə ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Söyüdlü kəndinin boşaldılması iddiaları əsassızdır
Borcu olanlar istiliksiz qalacaq
Azərbaycanda növbəti istilik mövsümünə hazırlıqlar tamamlanır
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar