14.11.2026 - 11:54
Azərbaycanda növbəti istilik mövsümünə hazırlıqlar tamamlanır
Ölkə 481 baxış

Azərbaycanda növbəti istilik mövsümünə hazırlıqlar tamamlanır

Sabahdan etibarən Azərbaycanda növbəti istilik mövsümünə start veriləcək. Publika.az-ın məlumatına görə, “Azəristiliktəchizat” ASC istilik mövsümünə hazırlıqları tamamlamaq üzrədir.

2026-2027-ci illər payız-qış mövsümü ərzində Bakıda və ölkənin müxtəlif regionlarında 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyasının vasitəsilə 3 838 yaşayış binası, 272 məktəb, 159 uşaq bağçası və 142 səhiyyə obyektinin istiliklə təmin edilməsi planlaşdırılır.

Mövsümə hazırlıq işləri aprel ayından etibarən həyata keçirilir və bu müddət ərzində 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib. Ayrıca, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182-si isə cari təmir edilib.

Borcu olanlar istiliksiz qalacaq ƏLAQƏLİ
Bunu da oxu

Borcu olanlar istiliksiz qalacaq

14.11.2026 - 13:54

Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb və 298 metr yeni qaz xətti çəkilib. Mövsüm boyu istilik təsərrüfatlarında quraşdırılmış 85 mindən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər bölgələrdə noyabrın 15-dən başlayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: