Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
Publika.az-ın yazdığına görə, Estoniya hakimiyyəti Rusiya qoşunlarının potensial işğalına qarşı hazırlıqları çərçivəsində yeni bir fəaliyyət planı hazırlayıb. Bu plana əsasən, ölkənin dövlət rəqəmsal resurslarının idarə olunması xaricdən həyata keçirilə biləcək.
Yeni konsepsiya, hər hansı hərbi müdaxilə və ya genişmiqyaslı böhran zamanı dövlət qurumlarının fəaliyyətini davam etdirə bilməsini təmin etməyi hədəfləyir. Bunun üçün dövlət informasiya sistemlərinin bulud texnologiyasına köçürülməsi planlaşdırılır. Beləliklə, məlumat mərkəzləri dağıdılsa və ya ölkə xarici nəzarətə keçsə belə, əsas dövlət xidmətləri əlçatan olacaq.
Estoniyanın artıq Lüksemburqda yerləşən və “rəqəmsal səfirlik” adlandırılan ehtiyat məlumat bazası mövcuddur. Burada əhali reyestri, torpaq kadastrı və milli qanunvericilik də daxil olmaqla mühüm dövlət məlumatlarının surətləri saxlanılır.
Hökumət “Microsoft Azure”, “Amazon Web Services” və dövlət qurumlarının öz bulud infrastrukturundan istifadə imkanlarını nəzərdən keçirir.
Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna dekabrın 1-dən etibarən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanacağını açıqlamışdı. O, Rusiyanı Estoniyanın müdafiə şirkətinə qarşı təxribat hazırlamaqda ittiham etmiş, lakin buna dair sübut təqdim etməmişdi. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bu planları rusofobiya adlandırmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"H&M", "Zara" və "Primark" istehsal böhranı ilə üz-üzə
Livan və ABŞ UNIFIL-in bitməsindən sonrakı dövrü müzakirə edir
İtaliya Meta-ya 805 milyon avro cərimə kəsdi: Facebook qalereya icazələri
İsrailin yeni parlament sədri Avigdor Liberman seçildi
İsrail Livanda iki qardaşı qaçırdı, hava hücumları həyata keçirdi
ABŞ və 9 ölkə arasında yeni süni intellekt anlaşması imzalandı