“Barsa”ya 100 milyonluq təklif: 4 komanda cavab gözləyir
Premyer Liqanın dörd klubu “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi transfer etməkdə maraqlıdır. Publika.az xəbər verir ki, “Diario Sport”un məlumatına görə, Kataloniya klubu artıq 23 yaşlı futbolçu üçün ümumilikdə 100 milyon avro dəyərində təklif alıb. Lakin neçə komandanın bu məbləği təklif etdiyi məlum deyil.
Yarımmüdafiəçiyə ən çox “Çelsi” və “Mançester Yunayted” maraq göstərir. Transferlə daha iki aparıcı İngiltərə klubu da maraqlanır, lakin onların adları açıqlanmayıb.
Ötən yay “Çelsi” Fermin üçün 70 milyon avro təklif etmişdi. “Barselona” isə məbləği yetərli hesab etməyərək cavab verməmişdi. Lopesin Kataloniya klubundan ayrılmaq niyyətində deyil. Futbolçu karyerasını “Barselona”da davam etdirmək istəyir və digər komandalardan gələn təklifləri nəzərdən keçirmir.
Yarımmüdafiəçinin irəliləyişini nəzərə alaraq, “Barsa” rəhbərliyi onun müqavilə şərtlərini yaxşılaşdırmaq üçün nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır. Ferminin 2026-cı ilin yanvar ayında imzalanan hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Onun sərbəst qalma məbləği 500 milyon avrodur.
“Barselona” müqavilə şərtlərinin artıq oyunçunun hazırkı səviyyəsinə uyğun gəlmədiyinə inanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan batut gimnastikası tarixində ilk bürünc medal
"Milan"ın sahibi klubu satmağı düşünmür
Erlinq Holann öz rekordunu yenilədi
Holann UEFA Millətlər Liqasında rekord qırdı
Xviça Kvaratsxeliya və Dembele ilə müqavilə danışıqları sona yaxınlaşır
300 min dollarlıq brilyant qəza zamanı yoxa çıxdı
Əmrə Belezoğlu Arda turandan onu istəyir