07.11.2026 - 12:34
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Ölkə 304 baxış

Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb

Baku.ws-ın məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhəti kəskin şəkildə ağırlaşıb. O, hazırda Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır.

Ehtiram Əliyevin döyüşçü yoldaşları tərəfindən verilən məlumata əsasən, o, əvvəlcə 18 oktyabr tarixində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmiş və ona xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları qoyulmuşdu. Müalicəsi daha sonra Terapiya şöbəsində davam etdirilsə də, vəziyyəti pisləşdiyi üçün Milli Onkologiya Mərkəzinə köçürülüb.

Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. O, Bakı Maşınqayırma Texnikumunu və “Təfəkkür” Universitetini bitirib. 1992-1996-cı illərdə hərbi xidmət keçərək Ağdam və Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə göstərdiyi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ordudan 1996-cı ildə tərxis edilən Ehtiram Əliyev, daha sonra müxtəlif vəzifələrdə çalışıb. Ailəlidir, bir qızı və iki oğlu var.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: