"H&M", "Zara" və "Primark" istehsal böhranı ilə üz-üzə
Dünyaca məşhur “H&M” və “Zara” geyim markaları Banqladeşdə fabrik işçilərinin kütləvi tətili səbəbindən ciddi istehsal çətinlikləri ilə qarşılaşa bilər. Publika.az-ın məlumatına görə, bu barədə “BBC” xəbər yayıb.
Banqladeşin əsas tikişçilik bölgəsində onlarla fabrik, işçilərin əməkhaqqı tələbləri səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. İşçilər maaşlarının artırılmasını tələb edirlər.
Noyabrın 15-də Qazipur şəhərində genişmiqyaslı etiraz aksiyaları keçirilib. Tədbirə hüquq-mühafizə orqanları müdaxilə edib.
Qeyd etmək lazımdır ki, Banqladeşdə “H&M”, “Primark” və “Zara” da daxil olmaqla, bir çox dünya markaları üçün məhsul istehsal edən təxminən 4 milyon işçi çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Livan və ABŞ UNIFIL-in bitməsindən sonrakı dövrü müzakirə edir
Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
İtaliya Meta-ya 805 milyon avro cərimə kəsdi: Facebook qalereya icazələri
İsrailin yeni parlament sədri Avigdor Liberman seçildi
İsrail Livanda iki qardaşı qaçırdı, hava hücumları həyata keçirdi
ABŞ və 9 ölkə arasında yeni süni intellekt anlaşması imzalandı