16.11.2026 - 16:54
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Ölkə 326 baxış

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu baş tutub.

Publika.az-ın məlumatına görə, “Gülüstan” sarayında keçirilən və iki gün davam edəcək tədbirdə dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, təhsil müəssisələri nümayəndələri, işəgötürənlər və xarici ekspertlər iştirak edir.

“Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizi altında keçirilən forumun məqsədi, innovasiya və rəqəmsallaşmanın əmək bazarına təsirini müzakirə etmək, elm və təhsil sahələri ilə əmək bazarı arasında əlaqələri gücləndirməkdir. Eyni zamanda, həssas qrupların məşğulluq imkanlarını genişləndirmək də əsas hədəflərdəndir.

Tədbirin açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, texnoloji yeniliklərin əmək münasibətlərinə təsirini vurğulayıb. O, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, süni intellekt və rəqəmsallaşmanın əmək bazarını sürətlə dəyişdiyini bildirib. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev isə aqrar sektorda innovativ yanaşmaların əhəmiyyətini qeyd edib.

Forumda “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil, dayanıqlı məşğulluq” mövzularında panel müzakirələri keçirilir. Həmçinin, “İstedadlar Sərgisi” də təşkil olunacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: