13.10.2022 - 10:45
İdman 2 baxış

"Qarabağ" Yunanıstanda darmadağın etdiyi "Olimpiakos"a qarşı

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

“Minval.info” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

“Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. “Köhlən atlar” ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə 9 xala malik Almaniya “Frayburq”u Fransada “Nant”la üz-üzə gələcək. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

Avropa Liqası
Qrup mərhələsi
IV tur

13 oktyabr
20.45 Qarabağ (Azərbaycan) – Olimpiakos (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xal durumu: “Frayburq” – 9, “Qarabağ” – 6, “Nant” – 3, “Olimpiakos” – 0.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: