13.09.2026 - 09:51
Hadisə 16 baxış

Qanlı göldə balıqların kütləvi ölümü!

Yasamal rayonunda yerləşən Qanlı göldə son günlərdə balıqların kütləvi şəkildə tələf olması müşahidə edilir. Dalğalar sahilə onlarla ölü balıq çıxarır ki, bu da ətrafda yaşayan sakinləri ciddi narahat edir.

Minval.info xəbər verir ki, ekspert Rövşən Abbasov balıqların kütləvi ölümünün əsas səbəblərinin zəhərlənmə və ya oksigen çatışmazlığı olduğunu qeyd edir. O, bildirib ki, yaxınlıqdakı ərazilərdən gölə axıdılan çirkab suları oksigeni istehlak edən bakteriyaların sayını artırır. Bu isə göldə oksigen səviyyəsinin kəskin azalmasına və balıqların boğularaq kütləvi şəkildə tələf olmasına səbəb olur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: