Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Misli Premyer Liqasının V turu çərçivəsində bu gün “Zirə” və “Qarabağ” komandaları üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək. Mövsüm ərzində məğlubiyyət yaşamayan “Qarabağ” uğurlu seriyasını davam etdirmək niyyətindədir. Digər tərəfdən, ötən tur “Sabah”a böyük hesabla məğlub olan “Zirə” isə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq.
Minval.info xəbər verir ki, günün digər oyununda “Araz-Naxçıvan” komandası “Turan Tovuz”u qəbul edəcək. Bu qarşılaşma Şamaxı şəhər stadionunda saat 16:30-da başlayacaq. Turun əvvəlki oyunlarında “Neftçi” “İmişli”ni 3:2, “Kəpəz” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Şamaxı” görüşü isə 1:1 hesabı ilə başa çatıb.
Hazırda turnir cədvəlində “Qarabağ” və “Zirə” 9 xalla üçüncü və dördüncü pillələrdə qərarlaşıb. “Turan Tovuz”un 7, “Araz-Naxçıvan”ın isə 1 xalı var.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək