Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Bəhreyn, İranla diplomatik münasibətlər bərpa olunana qədər bu ölkə ilə keçiriləcək kollektiv görüşlərdə iştirak etməyəcəyini açıqlayıb.
Minval.info xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi bu barədə rəsmi məlumat yayıb. Nazirlik bildirib ki, Bəhreyn Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı nazirlər görüşünə də qatılmayacaq və İranın iştirak etdiyi hər hansı kollektiv toplantıda yer almayacaq.
Bəhreyn Xarici İşlər Nazirliyi, bu mövqeyini daha əvvəl diplomatik kanallar vasitəsilə Oman tərəfinə rəsmi şəkildə çatdırdığını qeyd edib. Bununla yanaşı, Nazirlik Oman hökumətinin səylərinə verilən qiymətə təsir etmədiyini vurğulayıb və Omanı fikir ayrılıqlarının həlli üçün dialoqa sadiqliyinə görə təqdir edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər
Demokratlar Trampın planlarını alt-üst edə bilər