Qəza keçirən Elton canlı yayıma bağlandı: "Hər şey yaxşıdır, amma..." - Video
Məlum olduğu kimi, bu gün səhər saatlarında müğənni Elton Hüseynəliyev avtomobil qəzasına düşüb.
Minval.info xəbər verir ki, “Hər şey daxil” verilişinin canlı efirində aparıcı Tarix Əliyev onunla telefon vasitəsilə əlaqə saxlayıb.
Prodüser müğənnidən səhhətinin necə olması və qəza barədə soruşub. E.Hüseynəliyev vəziyyətinin yaxşı olduğunu, yalnız qolundan yüngül zədə aldığını bildirib.
“Sağ-salamatam hər şey qaydasındadır. Qəza qədərdir. Həyatda belə şeylər olur. Görünən və görünməyən qəza qədər var. Həyatda kiminsə xəstəsi, problemi olur. Bu da görünən avtomobil qəzasıdır ki, qədərdə var idi. Allaha şükrlər olsun ki, özüm sağ-salamatam. Xalqımıza can sağlığı arzu edirəm. Azərbaycan xalqı mədəniyyətinə görə birinci yerdədir. Qəza keçirəndə istər insanların, istər yol polislərinin nə qədər mehriban olduğunu gördüm. Çox sağ olun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artistindən qandonduran sözlər: “Meyitləri kamaza doldurub...”
Abid Şərifov vəzifədən azad olunması barədə danışdı
Bakıda maraqlı aksiya: Onlar üçün gözlənilməz addım - VİDEO
Misir Qasımlı ilə bağlı Ukrayna XİN-ə 10 nota göndərilib
Əli Həsənovun Antalyadakı villasının fantastik qiyməti - FOTO
Tıxacda qalsalar da, gülürlər... - Fotolar