05.07.2021 - 17:37
Təhsil
17 baxış
Qəbul imtahanlarının saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.
DİM-dən Minval.info-ya verilən məlumata görə, imtahanlar saat 10:00-da başlanacaq. DİM tərəfindən keçirilən qəbul imtahanları (o cümlədən iyulun 10-da keçiriləcək SABAH qruplarına qəbul imtahanı) isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar (əvvəllər saat 11:00-da başlayırdı).
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasında olmalıdırlar. “İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir.
Abituriyentlərə özləri ilə şəffaf plastik qabda qazsız su da gətirmələri tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
19.09.2026 - 09:07
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
18.09.2026 - 22:16
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
18.09.2026 - 20:31
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
18.09.2026 - 17:08
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
18.09.2026 - 10:08
Universitetdə təhsil müddəti qısalır?
18.09.2026 - 09:19
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
16.09.2026 - 19:16
Tıxacda qalmaq: Gələcəyin işıqlı yoluna addım
16.09.2026 - 14:50