Putinə “sülh sazişi” üçün çərçivə təklif olunub
G20 sammiti ərəfəsində Rusiya və Ukrayna arasında bağlantılarda vasitəçi ölkələrdən biri Rusiya prezidenti Vladimir Putinə mümkün “razılaşma” üçün çərçivə təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” portalı məlumat yayıb.
Saytın informasiyasına əsasən, bu məsələdən ABŞ kəşfiyyatının da xəbəri olub.
Rusiyaya verilən təklifə görə, Ukraynanın cənub və şərqində işğal olunmuş, hətta artıq ilhaq edilmiş ərazilər, Donbas da daxil olmaqla geri qaytarılmalıdır. Burada Krım məsələsi müzakirələrin xaricində tutulub. Çünki Rusiya üçün bu, “Putinin mirası” sayılır. Buna görə də saziş yarımadanın statusu ilə bağlı istənilən müzakirənin 7 il müddətinə dondurulmasını nəzərdə tuturmuş. Ukraynanın NATO-ya daxil olması da eyni müddətə təxirə salına bilərmiş.
Qeyd edək ki, Rusiyanın Kremlə yaxın Teleqram kanallarında bu sazişin layihəsindən bəzi tezislər işıqlandırılıb. Həmçinin təklif olunan variantda Ukraynanın kritik infrastrukturuna raket zərbələrinin dayandırılmasının vacibliyi xüsusilə vurğulanıb. Lakin elə sammitin gedişində Ukraynaya kütləvi raket hücumundan sonra təklif aktuallığını itirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!