Putin İlham Əliyevə zəng etdi: Kritik Qarabağ müzakirəsi
Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığı olub.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirlir ki, liderlər Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Azərbaycan və Rusiya prezidentləri sonuncu dəfə noyabrın 22 və 26-da telefonla danışıblar. Bu danışıqıarda onlar üçtərəfli sazişlərin icrası, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə ediblər.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr və bu il oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə olunub”, – məlumatda deyilir.
Kremldən bildirilib ki, gələcək təmaslar barədə də razılıq əldə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski Türkiyəyə gedir
Milli Şuranın mitinqinə icazə verildi - Lökbatanda
Səfər Mehdiyevin qaynı sərbəst buraxıldı
"Space TV"dən Elçin Əlibəyli ilə bağlı - AÇIQLAMA
“Bu amansız dünyaya uşaq gətirməyin” - Nura Suri
Prezident incəsənət xadimlərini təltif edib - SİYAHI