Pensiya yaşı 68 və 70 olacaq? – Deputatdan rəsmi AÇIQLAMA
Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı yayılan iddialara münasibət bildirilib.
Minval.info xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini Arzuxan Əlizadə məsələ ilə bağlı açıqlama verib.
Deputat bildirib ki, hazırda Milli Məclis deputatları məzuniyyətdədir və parlamentin fəaliyyəti sentyabr ayında bərpa olunacaq. Onun sözlərinə görə, pensiya yaşının artırılması ilə bağlı hər hansı qanun layihəsinin parlamentə təqdim edilməsi barədə məlumatı yoxdur.
Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycanda həm qadınlar, həm də kişilər üçün pensiya yaşı artıq 65 yaş olaraq müəyyən edilib və bunun 68 və ya 70 yaşa qaldırılacağı barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Deputatın fikrincə, bu cür iddialar əsassızdır və əlavə müzakirələr yaratmağa xidmət edir. O bildirib ki, hazırda pensiya yaşının artırılması ilə bağlı rəsmi gündəlikdə belə bir məsələ yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məcburi köçkünlər üçün mühüm qərar: Yeni evlər şəxsi mülkiyyət olacaq
Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ - 15 iş günü ərzində...
Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ
3 və daha çox uşağı olan qadınlara ŞAD XƏBƏR