09.10.2026 - 10:28
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Sosial 233 baxış

Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı

Baku.ws-ın məlumatına görə, ibtidai sinif müəllimi Nəzərova Zərxanım Əziz qızı, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 77,5 bal toplayaraq Masallı rayonu Qızılağac kənd 1 nömrəli məktəbə qəbul edilib. Lakin onunla əmək müqaviləsi bağlanmadığını iddia edir.

Nəzərova, “Hazırda 7 aylıq hamiləyəm və bu səbəbdən müqavilə bağlamaqdan imtina etdilər,” deyərək vəziyyəti izah edir.

Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 nömrəli məktəbdən alınan məlumata görə, Zərxanım Əziz qızı müddətli vakant yer üçün dəvət edilib. Lakin onun hamilə olması və tədris ilinin başında uzunmüddətli sosial məzuniyyətə çıxacağı nəzərə alınaraq müqavilə bağlanmayıb.

Məktəb rəhbərliyi, tədris prosesinin fasiləsizliyini təmin etmək və şagirdlərin proqramdan geri qalmaması üçün belə bir qərar verildiyini bildirir. Məktəbə dərhal yeni bir müəllim yönləndirilib ki, tədris prosesi davam etsin.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: