19.10.2026 - 16:34
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial 190 baxış

Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər

Qısa videolara həddindən artıq baxmaq uşaqların diqqətinə, yaddaşına və məntiqi düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı psixoloq Yelena Şpagina bildirib.

Onun sözlərinə görə, informasiyanı qısa və parlaq fraqmentlər şəklində qəbul etməyə alışan uşaqların oxumağa və tapşırıqları həll etməyə diqqətlərini cəmləməsi çətinləşə bilər. Qısa videolar beyni sürətlə dəyişən təəssüratlara və ani mükafata alışdırır. Nəticədə, vaxt və səy tələb edən gündəlik işlər uşaqlara darıxdırıcı görünə bilər.

Psixoloq qeyd edib ki, uşaqlar videolardakı parlaq görüntüləri yaxşı yadda saxlasalar da, məlumatları uzun müddət yadda saxlamaqda və məntiqi ardıcıllıqlar qurmaqda çətinlik çəkə bilərlər.

Şpagina valideynlərə uşaqlarla birlikdə kitab oxumağı, oxunanları müzakirə etməyi və suallar verməyi tövsiyə edib. Psixoloqun fikrincə, məqsəd uşaqların telefonlarını əllərindən almaq deyil, onlara rəqəmsal vasitələrdən düzgün istifadə etməyi öyrətməkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: