07.10.2026 - 11:07
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Sosial 4 baxış

Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər

Hamiləliyə və doğuma görə müavinətlərin təyin edilməsi və ödənilməsi qaydaları yenilənib. Artıq müavinətin təyin olunması üçün işəgötürənlər tərəfindən hamiləlik və doğum məzuniyyəti barədə əmr Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilməlidir.

Minval.info xəbər verir ki, yeni qaydalara əsasən, müavinətlərin təyin edilməsi məcburi dövlət sosial sığortası üzrə ödəmələr və müvəqqəti iş qabiliyyətini itirən sığortaolunanlara sığortaedənin vəsaiti hesabına həyata keçiriləcək. ƏMAS-a müvafiq məzuniyyət əmri daxil edildikdən sonra sistemdəki məlumatlar əsasında müavinət təyin edilir.

Beləliklə, əvvəlki dövrlərdə tətbiq olunan müavinət komissiyasının protokoluna ehtiyac qalmır və kağız əmrin dövlət qurumuna təqdim edilməsi əvəzinə, məzuniyyət əmri birbaşa ƏMAS-da rəsmiləşdirilməlidir.

Qaydalar işçinin əsas və əlavə əmək məzuniyyətləri ilə bağlı müavinətlərin ödənilməsini də əhatə edir. Müavinət hesablanması əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı istifadə olunan düsturlara əsaslanır və 100 faiz miqdarında ödənilir. Əgər əvvəlki 4 rüb ərzində əmək fəaliyyəti olmayıbsa, hesablanma minimum əməkhaqqı əsasında aparılır.

Müavinətin maksimum həddi minimum əmək pensiyasının 25 mislindən artıq ola bilməz. Hazırda bu məbləğ 8 000 manat təşkil edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: