22.10.2026 - 14:24
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Sosial 143 baxış

Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?

Valideyn himayəsindən məhrum olmuş, lakin təhsilini başa çatdırmamış tələbələrin 23 yaşına çatdıqda sosial imtiyazlarının dayandırılması hüquqi suallar yaradır. Qanunvericilikdə bu vəziyyətlə bağlı dəqiq tənzimləmənin olmaması təhsilini bitirməyə az qalmış tələbələrin güzəştlərdən məhrum edilməsinə səbəb olur. Bəs təhsilini başa vurmağa bir gün qalmış 23 yaşı tamam olan tələbə ilə təhsilini bitirdikdən sonra bu yaşa çatan şəxs arasında hansı fərq var?

Publika.az xəbər verir ki, bu barədə “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın (Əmək Liqası) İcra Komitəsinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov paylaşım edib.

Sahib Məmmədov bildirib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, təhsil alan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bir sıra imtiyaz və güzəştlər nəzərdə tutulur.

“Onlara davamiyyətindən asılı olmayaraq tələbə təqaüdünün iki misli məbləğində ödəniş edilir, təhsillərini başa vurduqda isə 2600 manat məbləğində birdəfəlik müavinət verilir.

Nə qanunda, nə qanunun tətbiqi ilə bağlı fərmanda, nə də Nazirlər Kabinetinin qərarında təhsil müddətində 23 yaşına çatan şəxslərlə bağlı məsələnin necə tənzimlənəcəyi göstərilib.

Qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslər dedikdə, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər nəzərdə tutulur”.

O, bu məsələdə qanunvericilikdə boşluq olduğunu vurğulayaraq, problemin həlli üçün Konstitusiya Məhkəməsinin qərarına ehtiyac yarana biləcəyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: