Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından yayıldığı iddia edilən bir sənədin görüntüsü geniş yayılıb. Bu sənəddə tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğu bildirilir.
Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikası Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayaraq bu sənədin saxta olduğunu bəyan edib. Açıqlamada qeyd olunub ki, Səhiyyə Nazirliyi belə bir sənəd qəbul etməyib və tibb müəssisələrinə bu məzmunda heç bir göstəriş verməyib.
Həmçinin, saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya olduğu vurğulanıb.
Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələrdən yoxlamağa, saxta sənədləri yaymamağa və dezinformasiyanın yayılmasına səbəb olmamağa çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
Turpaket alarkən diqqət edilməli məqamlar: səyahət kabusa çevrilməsin